azia.az
azia.az

Günün-günorta çağı 13 yaşlı qızı qaçırmaq istədilər - Anbaan VİDEO

30-09-2021, 09:16

Günün-günorta çağı 13 yaşlı qızı qaçırmaq istədilər - Anbaan VİDEO
Qaziantepdə məktəbdən evə qayıdan 13 yaşlı qıza yaxınlaşan 3 şəxs onu qaçırmağa cəhd edib.

Bu zaman yaxınlıqdakı dükana qaçıb sığınan qız oradan atasına zəng vuraraq kömək istəyib.

Xəbər verilir ki, qızını götürməyə gələn ata onlardan polisə şikayət edib. Beş gün sonra şübhəlilərdən ikisi ailənin ofisinə gələrək şikayət etdikləri üçün qızın atasına, anasına və qardaşlarına hücum ediblər. Maraqlıdır ki, saxlanılaraq sərbəst buraxılan şübhəlilər daha sonra qızın atasının iş yerinə atəş açıblar. İndi faktla bağlı araşdırmalar başlayıb.

Anar Əliyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi