azia.az
azia.az

XALQ ARTİSTİNİ təhqir edən qadın müğənnini həbs etdilər: “10 gün yatıb çıxdı, əcəb oldu” - FOTO+ÖZƏL

Bu gün, 12:08

“Yay fəslini Qusardakı bağımda keçirdim. Düzdür, hava çox isti idi. İstidə rahat istirahət edə bilmirəm. Adam əsəbləşir. İndi havaların soyumasını gözləyirəm. Havalar soyuyandan sonra yenə də istirahət edəcəm. Mənim üçün ən gözəl istirahət soyuq havada royalın qarşısına keçib ifa etməkdir”.

Bunu Medianews.az-a açıqlamasında Xalq artisti Cavan Zeynallı deyib.

O daha sonra əlavə edib:

“Çoxu deyir ki, Cavan tək yaşayır. Xeyr, mən tək yaşamıram. Hələ bir gün də məni tək qoymayıblar. Həyat yoldaşım Röya xanım dünyasını dəyişəndən sonra hər həftə qohumlarım gəlib-gedir. Evim qonaqlı-qaralıdır. Mən təkliyə alışmamışam. Qardaşım var, ailəsi və digər qohumlarım var. Biz çox mehriban və isti münasibətdəyik”.

Cavan Zeynallı bildirib ki, daha gənc müğənnilər tənqid etməyəcək:

“Özümə söz vermişəm ki, heç kim haqqında kobud nəsə söz deməyəcəm. Ələxsus da cavanlar haqda. Bu qalmaqal mənə lazım deyil. Əslində həqiqəti deyirəm, amma həqiqət də görünür heç kimə lazım deyil. Onlar da mənə cavab qaytarıb deyərlər ki, “Cavan, sən sənət üçün nə etmisən? Sən guya yaxşı oxuyursan?! Bir müddət əvvəl bir müğənni mənə qoca dedi və söz atdı. Dedi ki, “95 yaşı var, nə oxuyur, onu kim sevir ki?”. Sonra dedilər ki, məni təhqir etdiyinə görə həmin müğənnini 10 gün həbs ediblər. Mənim heç xəbərim olmayıb. Ona deyiblər ki, bu Xalq artistidir, bu nə söhbətdir edirsən?! Həmin müğənninin kimliyini dəqiq deyə bilməyəcəm. Çünki mənim yaddaşım gedib, ad yadımda qalmır. Yadımda qalan ancaq musiqilərimdir”.

Əli Əsgər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi