Azərbaycanda 15 yaşlı qız 3 uşaq atasına qoşulub qaçdı
ATV-də yayımlanan “Bizimləsən” verilişində maraqlı anlar yaşanıb. Azia.az xəbər verir ki, 27 yaşlı 3 uşaq atası Sirus adlı şəxs 15 yaşlı sevgilisi Sevinc adlı xanımın itkin düşdüyünü deyib və canlı yayıma qoşulub. Boşanandan sonra Sevinclə əlaqə quran və onu evinə qəbul edən Sirus deyib: “İlk dəfə tanış olduqda 17 yaşı olduğunu deyirdi. Əvvəllər anası polisə şikayət etdi daha sonra barışıq oldu. Sevinclə bir evdə ər-arvad kimi yaşayırdıq. Ötən gün parkda mənimlə mübahisə edərək məndən pul istədi ki, ver gedirəm. Aramızda mübahisəyə səbəb də mənim evə gec gəlməyim idi. İndi sizdən kömək istəyirəm. Mən Sevincin ayaqqabısına kimi silmişəm. Valideynlərinin belə etmədiklərini, mən ona etmişəm”
1 gün sonra itkin düşən 15 yaşlı Sevinc canlı yayıma qoşulub. O başına gələnlərdən özünün günahkar hesab edib: “Bütün bu olanların günahkarı özüməm. Bir gün müddətində bir xanımla tanış olub, onlarda qaldım. Bilirəm Sirus mənim üçün narahatdı mən onu sevəndə belə bilirdim ki, onun 3 uşağı var.”