Xameneyinin Londondakı mənzilləri fantastik qiymətə satılır: İsrail səfirliyinin iki addımlığında
Londonda İranın Ali Lideri Müctəba Xameneyiyə aid iki mənzil satışa çıxarılıb. Əmlaklar Kensinqtondakı Palace Green küçəsində, İsrail səfirliyindən 50 metrdən az məsafədə yerləşir.
“Cebheinfo.az” xəbər verir ki, “The Sunday Times” qəzetinin məlumatına görə, binanın altıncı və yeddinci mərtəbələrindəki mənzillər 2014 və 2016-cı illərdə vasitəçilər vasitəsilə alınıb.
2016-cı ildə 19 milyon funt- sterlinqə alınan mənzillərdən biri hazırda 12 milyon funt -sterlinqə satılıb. İkincisi isə 16,75 milyon funt- sterlinqə alınıb, lakin hazırkı qiyməti məlum deyil.
Qəzetin məlumatına görə, satış Britaniya hakimiyyəti tərəfindən sanksiyalara məruz qalan və guya Xameneyi üçün vasitəçi kimi fəaliyyət göstərməkdə ittiham olunan iranlı bankir Əli Ənsari ilə bağlıdır.
Ənsari ipoteka kreditini ödəmədikdən sonra Britaniya hakimiyyəti əmlakı satmaq qərarına gəlib.
Britaniya mediası əvvəllər mənzillərin yeri barədə yazmışdı:
"Onlar İsrail səfirliyinə o qədər yaxındır ki, onun arxa tərəfini görürlər. Mülklərdə həmçinin qulluqçu otaqları və şəxsi dam terrasları da var”.
Britaniya mediası mənzilləri Xameneyi ilə əlaqələndirsə də, onların mülkiyyəti rəsmi olaraq təsdiqlənməyib.
Xəzər