azia.az
azia.az

Körpənin fasiləsiz ağlaması ona ziyandır?

Bu gün, 09:57

Körpənin arxası kəsilmədən ağlaması onda güclü stress yaradır.

Uzun müddət ağlayan körpənin bədənində kortizol, yəni stress hormonu sürətlə artır. Bu hal bədəndə gərginlik yaradır və kiçik orqanizmi yorur. Uzun sürən sakitləşməmək körpənin sinir sisteminə mənfi təsir göstərir.

Sakitləşdirilməyən uşaqda yuxu rejimı dərhal pozulur. İştah azalır və immun sistemi zəifləyir. Körpə ağlayarkən valideyn dəstəyi görmədikdə özünü güvənsiz hiss edir.

Ağlamaq körpənin yeganə ünsiyyət vasitəsidir. O, ac olduqda, sancısı tutduqda və ya narahatlıq duyduqda ağlayır. Səbəbi tapıb onu vaxtında sakitləşdirmək vacibdir.

Yəni körpəni uzun müddət ağlamağa qoymaq onun həm fiziki, həm də psixoloji sağlamlığı üçün ziyandır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi