azia.az
azia.az

Dəri yemək xəstəlikdir?

Bu gün, 09:53

Dırnaq ətrafındakı dərini dişləmək və ya yemək tibbdə dermatillomaniya kimi tanınır. Bu hal çox vaxt yüksək təşviş və ya gizli stress fonunda yaranır. İnsan gərgin anlarda fərqində olmadan bu yolla rahatlamağa çalışır.

Orqanizmdə müəyyən vitamin və mineral çatışmazlığı da bu vərdişi tətikləyir. Xüsusən B qrupu vitaminləri, dəmir və sink əskikliyi sinir sisteminə təsir edir. Nəticədə barmaqlarda quruluq və qopmalar artır, insan da həmin hissələri qoparmağa meyillənir.

Bəzən bu durum sadəcə cansıxıcılıqdan və ya diqqəti bir yerə toplaya bilməməkdən qaynaqlanır. Lakin zamanla vərdişə çevrilərək barmaq ətrafında infeksiya riskini kəskin artırır.

Beləliklə, bu hal həm psixoloji gərginliyin, həm də bədəndəki maddələr mübadiləsi pozuntusunun əlamətidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi