ŞOK-ŞOK: Süni intellekt alimlərin 373 ildir aça bilmədiyi şifrəni 44 dəqiqəyə çözdü - FOTO
Süni intellekt alimlərin əsrlərdir üzərində çalışdığı sirli şifrəni cəmi 44 dəqiqəyə açıb.
Musavat.com xəbər verir ki, “Anthropic” şirkətinin Claude AI modeli Tomas Urkqartın (Thomas Urquhart) 1653-cü ildən bəri tədqiqatçıların uğursuz şəkildə açmağa çalışdığı “Cyphral Distich” şifrəsini deşifrə edib.
Söhbət 64 rəqəmdən ibarət iki sətirdən gedir.
Məlumata görə, şifrənin açarı olduqca sadə olub. Belə ki, hər bir rəqəm Urkqartın yanındakı siyahıda yer alan müəyyən sözü göstərirmiş. Həmin sözlərin ilk hərfləri bir araya gətirildikdə isə bu cümlə ortaya çıxıb:
“İlahi, Kral II Karlı qoru və onu bu torpağın ali hökmdarı et”.
Beləliklə, süni intellektin cəmi 44 dəqiqəyə etdiyi işi alimlər və tədqiqatçılar təxminən 373 il ərzində həll edə bilməyiblər.
Musavat.com
