azia.az
azia.az

Yaddaş ZƏİFLİYİNİ 13 il gecikdirən amil açıqlandı

Bu gün, 09:54

ABŞ-də aparılan genişmiqyaslı araşdırma orta yaş dövründə bəzi sağlamlıq risklərinə nəzarət etməyin gələcəkdə demansın yaranmasını gecikdirə biləcəyini göstərib.

Nyu-York Universitetinin tədqiqatçılarının da qatıldığı beynəlxalq araşdırmada 55 yaşında demans əlamətləri olmayan 12 mindən çox insan təxminən 25 il ərzində müşahidə olunub.

Alimlər əsas diqqəti dəyişdirilməsi mümkün olan risk faktorlarına, xüsusilə yüksək qan təzyiqi, diabet və tütün istifadəsinə yönəldiblər. Araşdırmanın nəticələrinə əsasən, 45-65 yaş arasında bu risk faktorları olmayan şəxslər digərləri ilə müqayisədə orta hesabla 13 il daha uzun müddət demans olmadan yaşayıblar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 57 milyondan çox insan demansla yaşayır və hər il təxminən 10 milyon yeni hal qeydə alınır. Oxford Universitetinin professoru Sarah Harper bildirib ki, demans hallarının təxminən yarısını həyat boyu idarə edilə bilən risk faktorları hesabına önləmək mümkündür. Doktor Josef Coresh isə 55 yaşdan sonra demans riskinin sürətlə artdığını vurğulayaraq, qan təzyiqi və qan şəkərinin nəzarətdə saxlanılmasını, tütündən uzaq durmağı, balanslı qidalanma və müntəzəm fiziki aktivliyi tövsiyə edib.

Yəni orta yaş dövründə zərərli vərdişlərdən uzaq durmaq və xroniki xəstəliklərə nəzarət etmək beyin sağlamlığını qoruyaraq demans riskini illərlə gecikdirir.
 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi