azia.az
azia.az

Bakıda 45 yaşlı kişi qonşunun13 yaşlı qızını dəfələrlə zorladı, SONRA... -

17-05-2021, 15:29

Bakıda 45 yaşlı kişi qonşunun13 yaşlı qızını dəfələrlə zorladı, SONRA... -
Bakıda 13 yaşlı qız qonşusu tərəfindən dəfələrlə zorlanıb.
Open.az-ın məlumatına görə, Yeni Suraxanı qəsəbəsində anası ilə kirayə yaşayan milliyətcə rus olan 13 yaşlı L. N (ad, soyad şərtidir), qonşuluqda yaşayan 45 yaşlı A.D( ad,soyad şərtidir) tərəfindən bir neçə dəfə cinsi zorakılığa məruz qalıb. Bundan xəbər tutan qızın anası hüquq mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşların təxirəsalmaz əməliyyat-axtarış tədbiriləri nəticəsində 45 yaşlı kişi saxlanılıb.
Məlum olub ki, 13 yaşlı qızın atası bir neçə il bundan əvvəl cinayət törədərək həbs edilib, hazırda həbsxanadadır. L. N isə anası ilə bir yerdə ümümi həyəti olan bir otaqlı mənzildə kirayə yaşayıb. Qızın anası səhərlər işə gedib, o isə evdə tək qalıb. Qonşuluqda yaşayan 45 yaşlı kişi qızın evdə tək olduğundan istifadə edərək, mənzilə daxil olub. O, qıza güc tədbiq edərək onunla zorla cinsi münasibətdə olub. Qıza hədə qorxu gələrək bunu heç kimə deməməyini tapşırıb. Bundan sonra o qızı dəfələrlə eyni üsulla zorlayıb.
Saxlanılan A.D barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Verilən ittiham öz təsdiqini taparsa, 45 yaşlı A. D-ı barəsində olan maddənin sansksiyası üzrə 8 ildən 15 ilədək azadlıqdan məhrum edilə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi