azia.az
azia.az

9 ay donuz böyrəyi ilə yaşadı

Bu gün, 09:51

Dünya  tarixində qeydə alınan yeni rekord orqan nəqli gözləyən milyonlarla xəstə üçün böyük ümid qapısı açır.

ABŞ-də Tim Endryus adlı şəxs genetik modifikasiya olunmuş donuz böyrəyi ilə tam 9 ay yaşayaraq dünyada yeni rekord müəyyənləşdirib. Diabet səbəbindən son mərhələ böyrək çatışmazlığından əziyyət çəkən və nadir qan qrupuna malik xəstəyə 2025-ci ilin yanvarında 69 genetik dəyişiklik edilmiş donuzdan böyrək köçürülüb. Bu orqan dializə ehtiyac olmadan
9 ay boyunca fəaliyyət göstərib və xəstənin gündəlik həyatına qayıtmasına imkan yaradıb.

Doqquz aydan sonra heyvan böyrəyinin funksiyası zəifləsə də, həmin müddətdə insan donoru tapılıb və xəstəyə uğurla insan böyrəyi nəql edilib. Hadisə dünyada genetik dəyişdirilmiş heyvan orqanının insan donoruna qədər müvəqqəti “körpü” rolu oynadığı ilk hal kimi tarixə düşüb. Bundan əvvəlki ən uzun müddət 2 ayı keçməmişdi.

Yəni, heyvan orqanının insana nəqli ilk dəfə 9 ay boyunca uğurla çalışaraq xəstəyə insan donoru tapılanadək həyatda qalma şansı qazandırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi