16 yaşlı qıza "Mall"da təcavüz edib, videoya çəkdilər
ABŞ-da "Mall"arın birində bədbəxt hadisə yaşanıb.
Azia.az xəbər verir ki, alış-veriş mərkəzində keçirilən doğum gününə qatılan 16 yaşlı qız tualetdə tanımadığı iki şəxsin təcavüzünə məruz qalıb. Hətta naməlum şəxslər qızın videosunu çəkərək, onu və anasını hədələyiblər.
Belə ki, polisə şikayət edərsə həmin görüntülərin sosial mediada paylaşacaqlarını bildiriblər. Əks təqdirdə isə "Mall"da ömür boyu pulsuz alış-veriş edə biləcəklərini bildiriblər.
Lakin ana qzını xilas etdikdən sonra polisə şikayət edib. Qısa zamanda polis hər iki şəxsi saxlayıb. Onlar barəsində cinayət işi açılıb.