Azərbaycanlı "nüfuzlu ailənin" qızı Türkiyədə həbs olundu
Türkiyədə Aysel H. adlı 25 yaşlı azərbaycanlı qadın dələduzluğa görə həbs olunub. O, daha üç nəfər dəstə üzvü ilə birlikdə Ədirnə şəhərində bir ailənin 40 min lirəlik qızılını oğurlamaqda şübhəli bilinir. Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Dəstə 11 yaşlı S.E.F adlı uşağı aldadaraq evdəki qızılları ələ keçirib. Ona zəng edərək atasının polis tərəfindən saxlandığını, onu qurtarmaq üçün evdəki qızılları verməli olduğunu deyiblər. 4 şübhəlidən biri – 26 yaşlı Osman A. evə girərək 40 min lirəlik qızılı uşaqdan alıb və digər şübhəlilər - 25 yaşlı Asel H, 23 yaşlı Xəlil A və 27 yaşlı Rəşid A. ilə birlikdə avtomobilə minərək qaçıb.
Atası evə gələndən sonra qızılların oğurlandığı ortaya çıxıb və ailə oğruların tapılması üçün dərhal polisə müraciət edib.