Koronavirus vətəninə qayıtdı: Çində yoluxma artır
Çində yeni növ koronavirusun (Covid-19) "Delta” versiyası sürətlə yayılır.
Azia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çinin Milli Səhiyyə Komissiyasının Xəstəliklərə Nəzarət İdarəsinin direktor müavini Vu Liangyou bildirib ki, oktyabrın 17-dən bəri "Delta” variantına 133 nəfər yoluxub.
Komissiya rəsmisi Vu epidemioloji araşdırma və izləmə mərkəzində 133 yoluxmanın 106-nın 13 turist qrupunda aşkarlandığını bildirib.
Məlumata görə, yeni növ virus iyulun sonunda Ciangsu əyalətinin paytaxtı Nancingdə başlayıb və ondan sonra bütün əyalət və şəhərlərə yayılmağa başlayıb.
Xəstəliyin bir çox əyalət və bölgəyə yayılmasının Çinin "sıfır hadisə" strategiyasına əsaslanan epidemiyaya nəzarət rejimini məcbur edə biləcəyi proqnozlaşdırılsa da, Vu epidemiyanın 1 ay ərzində nəzarət altına alına biləcəyini düşündüklərini ifadə edib.
Qeyd edək ki, bölgəyə ilk dəfə səfər edən Şanxaydan olan fəxri professor cütlüyündə "Delta” variantı aşkar edilib.
Xəstəliyə görə, Ejina Sağlamlıq Komissiyasının sədri də daxil olmaqla 6 inzibati vahid məsul işçisi epidemiya ilə bağlı səhlənkarlıqlarına görə işdən çıxarılıb.