azia.az
azia.az

Koronavirusun “Delta” ştammı kimlərdə aşkarlandı? – VİDEO

14-07-2021, 11:15

Xəbər verdiyimiz kimi, Azərbaycanda koronovirusun "Delta” ştammı aşkarlanıb.
Koronavirusun “Delta” ştammı kimlərdə aşkarlandı? – VİDEO
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin birgə açıqlamasında bildirilir.

Milli Hemotologiya və Transfzualogiya Mərkəzinin genetik Diaqnoz mərkəzində koronovirusun genetik variantlarına dair aparılan araşdırmaların növbəti mərhələsində, son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınan nümunələrin 31-də Delta, 9-da isə Britaniya variantı aşkar olunub.

Səhiyyə Nazirliyinin rəsmisi Pərviz Əbubəkirov açıqlamasında bildirib ki, bu virusun yeni və sürətli yayılan variantlarından qorunmağın tək üsulu vaksin olunmaqdır.

"Bütün səhiyyə qurumları adından vətəndaşlarımızdan vaxtında vaksinasiya olunmağı xahiş edirəm”, – deyə, o bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi