azia.az
azia.az

Türkiyə Rusiyadan qaz idxalını kəskin azaldıb – Bayraktar səbəbini açıqladı

Bu gün, 09:47

Türkiyənin Rusiyadan təbii qaz alışını azaltması yüksək qiymətlə bağlıdır.

Xəbər verilir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar jurnalistlərə deyi: "Söhbət siyasətdən yox, qiymətdən gedir. Rusiya qazı çox bahadır. Qazın həddindən artıq baha olması səbəbindən alternativlər axtarmaqdan başqa çarə yoxdur: ya alternativ qaz boru kəmərləri, daha ucuz və daha rəqabətli qaz, ya da alternativ yanacaqlar".

Lakin energetika naziri Türkiyənin Rusiya qazının alışından tam imtina etmək niyyətində olmadığını vurğulayaraq, yalnız onu daha ucuz alternativlərlə əvəz etmək tendensiyasının "hər il davam edə biləcəyi" barədə xəbərdarlıq edib.

Türkiyə EPIAS birjasının məlumatlarına əsasən Türkiyənin 2025-ci ildə qaz istehlakı bütün zamanların rekordunu qırıb: Daxili qaz tələbatı 64 milyard kubmetrə yaxınlaşıb (2024-cü illə müqayisədə +13 faiz).

Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (EPDK) məlumatına görə, Rusiya 2025-ci ilin sonuna qədər Türkiyəyə boru kəməri qazı tədarükünü əvvəlki illə müqayisədə cüzi artıraraq 21,16 milyard kubmetrə (+0,4 faiz) çatdırıb. Mayeləşdirilmiş təbii qaz (LNG) tədarüklərinin tam dayandırılması nəticəsinə ötən il Türkiyəyə ümumi Rusiya qaz tədarükü 2 faiz azalıb.

"Turkiye Today"-in məlumatına görə, 2024-cü ildə Türkiyənin idxalında Rusiya qazının payı 64 faiz təşkil edib, lakin 2025-ci ildə bu göstərici 37 faizə düşüb. 2025-ci ildə Azərbaycandan tədarükün payı 22 faizə, ABŞ-dan tədarükün payı isə 16 faizə yüksəlib.

Ötən ilin dekabr ayında Türkiyə Rusiyadan ümumilikdə 22 milyard kubmetr qaz tədarükü üçün bir il müddətinə iki müqaviləni uzadıb. Saziş Rusiyanın "Qazprom" şirkəti ilə Türkiyənin dövlətə məxsus enerji daşıyıcısı BOTAŞ arasında bağlanan müqavilələrə aiddir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi