azia.az
azia.az

Məryəm Üzerlidən ŞOK etiraflar: “Ürəyimi kiməsə açmayacağam”

Bu gün, 15:00

Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərli ilk dəfə Bakıya səfər edib.

Musavat.com xəbər verir ki, “Möhtəşəm Yüz İl” serialında canlandırdığı Hürrəm Sultan obrazı ilə dünya şöhrəti qazanan aktrisanın gəlişi mediada və sosial şəbəkələrdə maraqla qarşılanıb.

Məryəm Üzərli bu gün saat 18:00-da “Deniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında baş tutan “İmroz’da Bahar” filminin Bakı premyerasında iştirak edib. Romantik dram janrında olan ekran əsərində aktrisa Halit Ergençlə tərəf müqabili olub.

Premyera öncəsi jurnalistlərin suallarını cavablandıran Üzərli Bakıya ilk səfərindən məmnunluğunu gizlətməyib. O, Azərbaycanda olmaqdan böyük sevinc duyduğunu bildirib:

“İnanılmaz dərəcədə sevincliyəm. Buranı heç vaxt unutmayacağam”.

Aktrisa Bakıdan xoş təəssüratlarla ayrılacağını qeyd etməklə yanaşı, Azərbaycan mətbəxinin də diqqətini çəkdiyini vurğulayıb. Yerli yeməklərin olduqca ləzzətli olduğunu deyən sənətçi ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.

Məryəm Üzərli Halit Ergençlə birgə rol aldığı “İmroz’da Bahar” filmindən və ekran əsərində canlandırdığı obrazdan da danışıb. Aktrisa personajı ilə özünü müqayisə edərək aralarındakı oxşar cəhətlərə toxunub.

Şəxsi həyatı ilə bağlı açıqlaması da diqqət çəkən Üzərli hazırda həyatında heç kimin olmadığını bildirib. O, ürəyini hər kəsə açmayacağını və şəxsi həyatında bu məsələyə xüsusi yanaşdığını vurğulayıb.

Könül


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi