«Delta» niyə belə tez yayılır?
Beynəlxalq alimlər qrupu apardığı tədqiqatlar nəticəsində qənaətə gəlib ki, koronavirusun «delta» variantının dünyada belə tez və geniş yayılmasının səbəbi bu variantda qeyri-cismlərə qarşı olan cüzi həssaslıqdır. Tədqiqatların nəticələri Naturejurnalında dərc olunub.
Hindistanlı mütəxəssislər Avropa və yaponiyalı həmkarları ilə birlikdə SARS-CoV-2 növlərini müqayisə ediblər. Laborator testlər koronavirusun ilk dəfə Çinin Uhan şəhərində aşkar olunan variantla müqayisədə «delta» variantının xəstəliyi keçirənlərin qeyri-cismlərinə qarşı 6 dəfə az həssaslıq, Pfizer/BioNTech və AstraZeneca vaksinləri ilə peyvənd olunanların qeyri-cismlərinə qarşı isə 8 dəfə az həssaslıq göstərib.
Mütəxəssislər qeyd edir ki, digər növlərlə müqayisədə «delta» orqanizmə düşən kimi nəfəs yollarında daha effektiv çoxalmağa başlayır. Bu da onun tərkibindəki xüsusi tikanlı formada olan zülala görə baş verir.Bu cür zülal koronavirusa hüceyrələrə daha tez və asan daxil olmağa imkan verir.