Uşaqlarımız niyə "VƏHŞİLƏŞİB"? Günahkar ailədir, məktəb, yoxsa telefon? - İlginc CAVABLAR
Xəbər verdiyimiz kimi, Bakıda 225 saylı məktəbin qarşısında çəkiliş aparan jurnalist və operator məktəblilərin hücumuna məruz qalıb, fiziki zorakılığa uğrayıblar.
Cəmiyyətdə ciddi rezonans doğuran bu hadisə məktəblilər arasında artan aqressiya və zorakılıq problemini bir daha gündəmə gətirib.
Ümumiyyətlə, son dövrlər yeniyetmələr, məktəblilər arasında artan fiziki şiddət halları, xüsusilə yuxarı sinif şagirdlərinin iştirakı ilə baş verən kütləvi davalar, bıçaqlanma və döyülmə hadisələri ciddi narahatlıq doğurur.
Bəs yeniyetmələr arasında aqressiyanın artmasının səbəbi nədir? Uşaqları zorakılığa sövq edən amillər hansılardır? Bu məsələdə ailənin, məktəbin və sosial mühitin məsuliyyəti nədən ibarətdir?
Məsələ ilə bağlı TV Musavat-ın əməkdaşları Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray