“Ancaq ehtiyac olduqda ayağa durur” – Ofeliya Sənaninin qızı
"Anam çox çətinliklə yeriyir. Ancaq ehtiyac olduqda ayağa durur. Əməliyyatdan sonra yeriməsi çətinləşib".
Bunu Musavat.com-a açıqlamasında Xalq artisti, tanınmış diktor Ofeliya Sənaninin qızı Lalə Sənani deyib. O bildirib ki, hazırda anasının hazırda əsas problemi onun yeriməsi ilə bağlıdır:
"İndi təzyiqi normaldır. Əsas çətinliyi yeriməsi ilə bağlıdır. Dördayaqlı dayanağın köməkliyi ilə çox yaxın məsafəni gedə bilir. Yaşlı adamdır, onun üçün əməliyyat asan keçmədi”, -deyə o bildirib.
Qeyd edək ki, Ofeliya Sənani bir müddət əvvəl küçədə gəzərkən yıxılaraq bud nahiyəsindən xəsarət alıb. Hadisəyə onun arterial təzyiqinin yüksəlməsinin səbəb olduğu bildirilir. Xalq artisti aldığı xəsarətlə əlaqədar əməliyyat olunub və əməliyyat zamanı ona implant yerləşdirilib.
Şahanə Rəhimli