azia.az
azia.az

İstefa verdi, bir gün sonra həbs edildi-PREZİDENT...

Bu gün, 09:42

Paraqvayda bank qalmaqalı ölkə prezidentinin hakimiyyətdən uzaqlaşdırılması və barəsində həbs qərarının verilməsi ilə nəticələnib.

Musavat.com xəbər verir ki, Paraqvay Senatı noyabrın 6-da prezident Santyaqo Penyanı impiçment proseduru ilə vəzifəsindən kənarlaşdırıb. Bundan bir gün əvvəl, noyabrın 5-də isə dövlət başçısı istefa ərizəsini parlamentə təqdim etmişdi.

Siyasi böhrana ölkənin ən böyük rəqəmsal maliyyə qurumlarından olan Ueno Bankın iflası səbəb olub. Bankın fəaliyyətinə müdaxilə nəticəsində təxminən 3 milyon müştərinin hesabı dondurulub. Minlərlə insan şəxsi əmanətlərinə və pensiya vəsaitlərinə çıxış imkanını itirib.

Araşdırmalara görə, bankda 800 milyon dollardan çox dövlət vəsaiti yerləşdirilib. Bunun təxminən 380 milyon dolları dövlət pensiya və sosial təminat fondları ilə əlaqəlidir.

Prezidentə qarşı irəli sürülən ittihamlar arasında maraqlar toqquşması, dövlət vəsaitlərinin qanunsuz yönləndirilməsi və bank üzərində maliyyə nəzarətinə müdaxilə yer alır.

Noyabrın 6-da Paraqvay Prokurorluğu keçmiş prezident Santyaqo Penyanın etimaddan sui-istifadə və digər mümkün cinayət əməlləri üzrə istintaq çərçivəsində həbs edilməsinə göstəriş verib. Penya ittihamları rədd edir.

Bank qalmaqalı ilə əlaqədar 27 nəfərə qarşı cinayət işi çərçivəsində ittihamlar irəli sürülüb. Onların arasında bank rəhbərliyinin nümayəndələri də var.

Paytaxt Asunsionda əmanətlərinin qaytarılmasını tələb edən vətəndaşların kütləvi etirazları keçirilib.

Senatın qərarından sonra vitse-prezident Pedro Alyana dövlət başçısı kimi and içib. O, 2028-ci ilin avqustuna qədər prezident səlahiyyətlərini icra edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi