"Delta" bitməmiş "Mu" ştammı yayılmağa başlayıb: Peyvəndə qarşı müqaviməti GÜCLÜDÜR
Son vaxtlar tez-tez eşitməyə başladığımız COVID 19-un "Mu" variantının ABŞ üçün təhlükəli olmadığı bildirilib.
Azia.az xəbər verir ki, Ağ Evin baş həkim müşaviri bu mutasiyanı "çox yaxından izlədiklərini" və "Mu"nun ölkədə dominant növ olma ehtimalının olmadığını vurğulayıb. "B.1,621" olaraq da bilinən variant Kolumbiyada 39 faiz, Ekvadorda isə yoluxmaların 13 faizini təşkil edib. Halbuki qlobal miqyasda yayılma halları 0.1 faizdir.
Bildirilir ki, COVID-19-un "Mu" variantı peyvəndə daha çox müqavimət göstərə bilər. Ancaq bu mövzuda elmi dünyanın hələ razılaşdığı bir araşdırma yoxdur. Digər tərəfdən, ABŞ epidemiyadan ən çox təsirlənən ölkə olmağa davam edir. Ən çox hadisənin və ölümün görüldüyü ABŞ-da, son iki həftə ərzində COVID-19 hadisələri 14 faiz artıb.