azia.az
azia.az

“Delta” hamilə qadınları öldürür? - AÇIQLAMA

31-08-2021, 08:03


Koronavirusun "Delta" variantı ana olmağa hazırlaşan qadınlarda ağır fəsadlara, hətta ölümə səbəb ola bilər.
“Delta” hamilə qadınları öldürür? - AÇIQLAMA
Azia.az xəbər verir ki, bunu Türkiyənin Diyarbəkir Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasının həkimi Hakan Akelma bəyan edib.

O, çalışdığı xəstəxanada son iki ayda sözügedən COVID variantına yoluxmuş altı hamilə qadının öldüyünü bildirib.

Mütəxəssisin sözlərinə görə, bu vəziyyətdə olan xanımlar bir çox dərman vasitələrini qəbul edə bilmir. Məhz bu səbəbdən orqanizmdə virus daha sürətlə yayılır və ölümə gətirib çıxarır.

Həkim yeni növ koronavirusun daha şiddətli "Delta" variantından qorunmaq üçün hamilə qadınları peyvənd olunmağa çağırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi