azia.az
azia.az

Ətir seçərkən nələrə diqqət etmək lazımdır?

Bu gün, 21:04

Ətir seçimi şəxsi zövqə əsaslanan prosesdir. Eyni qoxu fərqli insanlarda müxtəlif assosiasiyalar yarada bilər. Bəzən isə istənilən qoxunu əldə etmək üçün əlavə notlarla eksperiment aparmaq lazım gəlir.

Xəbər verilir ki, bu barədə “Franck Boclet” parfümeriya evinin təsisçisi Frank Bokle danışıb.

Ekspert bildirib ki, bəziləri üçün müxtəlif vəziyyətlərdə istifadə edə biləcəkləri və şəxsi obrazlarının bir hissəsinə çevrilən tək bir sevimli ətir kifayət edir. Bununla yanaşı, iki və ya üç ətri birləşdirərək fərdi qoxu yaratmaq da mümkündür. Onun sözlərinə görə, bu zaman ciddi qaydalar yoxdur, əsas məsələ fərqli kombinasiyaları sınamaq və insanın öz zövqünə uyğun olanı tapmasıdır.

Bokle qeyd edib ki, ətir seçərkən insan öz hisslərinə və emosiyalarına da diqqət yetirməlidir. Ətir notlarını və ya hansı qoxu ailəsinə aid olduğunu bilmək vacib deyil. Əsas odur ki, həmin ətri istifadə edərkən insanın özünü necə hiss etdiyini, qoxunun xoşuna gəlib-gəlmədiyini müəyyənləşdirsin.

Mütəxəssis ətiri yalnız təsvirinə və ya flakonun görünüşünə əsasən seçməməyi, qərar verməzdən əvvəl ona vaxt ayırmağı tövsiyə edib. Onun sözlərinə görə, ətir vurulduqdan dərhal sonra fərqli, bir neçə dəqiqə keçdikdən sonra isə başqa cür qoxuya bilər. Buna görə də ilkin notlarla yanaşı, ürək və baza notlarının da açılmasını gözləmək lazımdır.

Ekspert əlavə edib ki, dəri ətirin qoxusuna təsir göstərə bilər. Bu səbəbdən onu seçərkən öz dərisində sınaqdan keçirmək vacibdir. Müqayisə aparmaq üçün ətri geyimə də vurmaq olar. Çünki parça üzərində qoxu dəridəkindən fərqli hiss oluna bilər.

Qeyd edək ki, daha əvvəl psixoloq ilk tanışlıq zamanı kişilərin diqqətini cəlb edə biləcək ətirlərdən danışıb.

Xədicə BAXIŞLI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi