azia.az
azia.az

Şanlı Zəfərimizin 6-cı ildönümünə həsr olunmuş voleybol yarışları keçirilmişdir

Bu gün, 13:49

Şanlı Zəfərimizin 6-cı ildönümünə həsr olunmuş voleybol yarışları keçirilmişdir

“Sərhədçi” İdman Mərkəzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları arasında Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin 6-cı ildönümünə həsr olunmuş voleybol yarışları keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan final mərhələsində Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin xalqımızın çoxəsrlik dövlətçilik və hərb tarixinin ən şanlı səhifələrindən biri olduğunu, 30 ilə yaxın davam etmiş işğala son qoyularaq ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini xüsusi vurğulamışlar.

Tədbirdə şanlı Zəfərin qazanılmasında Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin göstərdiyi qəhrəmanlıq və şücaətdən bəhs edilmiş, Müzəffər Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş döyüş tapşırıqlarının yüksək peşəkarlıq, igidlik və fədakarlıqla yerinə yetirildiyi bildirilmişdir. Vətən müharibəsi zamanı hava və quru döyüş əməliyyatlarında fəal iştirak edən Azərbaycan sərhədçilərinin torpaqlarımızın işğaldan azad olunmasına mühüm töhfələr verdikləri qeyd olunmuşdur.

Voleybol üzrə keçirilən yarışların final mərhələsinə vəsiqə qazanmış dörd komanda arasında gərgin və maraqlı mübarizə şəraitində baş tutan oyunların nəticələrinə əsasən, “Çevikçilər” komandası birinci, “Şahinlər” komandası ikinci, “Sərhədçi” komandası üçüncü yerə layiq görülmüş, “Zəfər” komandası isə dördüncü yerdə qərarlaşmışdır.

Yarışlarda fərqlənmiş komandaların mükafatlandırılması mərasimi keçirildikdən sonra Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin müşayiəti ilə bayram konserti təşkil edilmişdir.

Şanlı Zəfərimizin 6-cı ildönümünə həsr olunmuş yarışlar yüksək vətənpərvərlik, milli qürur, birlik və qələbə ruhunda yekunlaşmışdır.
 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi