SON DƏQİQƏ: Rusiyada nəhəng təyyarə QƏZAYA UĞRADI - Çox sayda ölü var
Rusiyanın Xabarovsk vilayətində “An-26” markalı hərbi nəqliyyat təyyarəsi radarlardan itib.
Azia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə zamanı göyərtədə 6 nəfər olub. Onların axtarışları üçün bölgəyə təyyarə və helikopter cəlb edilsə də, əlverişsiz hava şəraitinə görə nəticə əldə etmək mümkün olmayıb. Tass agentliyinin məlumatına görə, güman edilir ki, təyyarə bölgədəki yüksəkliyə çırpılıb. Hərbi laynerdəki şəxslərin öldüyü güman edilir.