Rusiyada hücum təyyarəsi qəzaya uğrayıb, pilotların aqibəti bəlli deyil
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Şimali Qafqazda qeydə alınıb. Su-25UB tipli hücum təyyarəsinin qəzaya uğradığı bildirilir. Təyyarənin hər iki pilotu katapult edib. Onların taleyi hələlik məlum deyil. Rusiya Müdafiə Nazirliyi də qəza barədə məlumat yayıb. Məlumatda bildirilir ki, sentyabrın 3-də Stavropol diyarında planlaşdırılmış təlim-məşq uçuşu zamanı Su-25UB tipli təyyarə qəzaya uğrayıb. Hazırda xilasedicilər iki pilotun axtarışını davam etdirir. Uçuş döyüş komplekti olmadan icra edilib. Təyyarə insan olmayan əraziyə düşüb, yerdə dağıntı baş verməyib.