azia.az
azia.az

ABŞ-da təyyarə qəzaya uğradı, ölənlər var

9-04-2016, 13:37

ABŞ-da təyyarə qəzaya uğradı, ölənlər var ABŞ-ın Alyaska ştatında “Cessna 206” yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.

Təyyarə əhalisi 450 nəfər təşkil edən Anqun şəhəri yaxınlığında yerə düşüb. Onun göyərtəsində 4 nəfər olub. Xilasedicilər təyyarənin sərnişinlərindən biri olan qadının sağ qaldığını təsdiq ediblər. Ağır xəsarətlər alan qadın xəstəxanaya göndərilib.

İlkin ehtimala görə, qəzaya pis hava şəraiti səbəb olub. Havanın güclü küləklə müşayiət olunması xilasedici işləri çətinləşdirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi