Malaziya Kral Hava Qüvvələrinə məxsus təyyarə radardan itib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Channel News Asia” telekanalı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Kanalın məlumatına əsasən təyyarə yerli vaxtla 11.00-da (Bakı vaxtı ilə 07.00-da) Kuantan şəhərindəki bazadan havaya qalxıb. Yarım saatdan sonra isə Paxanq və Terenqqanu ştatlarının sərhəddində radarlardan itib.
Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.
***
Malaziya Hərbi Hava Qüvvələrinə radarlardan itən təyyarənin qəzaya uğradığı bildirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə "Straits Times" nəşri məlumat yayıb.
Hadisə nəticəsində iki heyət üzvü həlak olub.