Binəli Yıldırıma vəzifə verildi
“Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri təyin edilməyim səbəbi ilə başda Türkiyə Prezidenti olmaqla dəstək verən və təbriklərini ünvanlayan TDT dövlət başçılarına təşəkkür edirəm”.
Xəbərə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım özünün “Twıiter” səhifəsində paylaşımında bildirib.
B.Yıldırım, həmçinin, təşkilata iki il rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına göstərdikləri fəaliyyətə görə də təşəkkürünü bildirib.
"Dönəm başqanlığını təhvil alan ölkəmiz Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın liderliyində əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün var gücü ilə çalışacaq”, deyə B.Yıldırım qeyd edib.