azia.az
azia.az

"Zəngəzur dəhlizi tezliklə açılmalıdır" - Binəli Yıldırım

6-11-2021, 09:51


"Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin yaradılması üçün geniş üfüqlər açılır".
"Zəngəzur dəhlizi tezliklə açılmalıdır" - Binəli Yıldırım
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib.

O bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsinin bəzi hissələrində yerləşdirilməsi Moskva qarşısında yeni məsuliyyətlər qoyur: "Laçın dəhlizinin istifadəsində problemlər axtarılır. Bəzən hansısa provakasiyalara şahidlik edirik. Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Orada işlər tez zamanda başlamalıdır. İmzalanacaq sülh müqaviləsində də bu əksini tapmalıdır".

B.Yıldırım qeyd edib ki, Türkiyə münaqişənin həllində regional ölkələrlə intensiv iş aparır: "Biz yeni platforma təklif edirik. Buraya Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran daxildir. Biz bu ölkələrə əməkdaşlıq təklif edirik. Bu platformanın həyata keçirilməsi regiona çiçəklənmə, inkişaf gətirəcək. Münaqişənin bitməsinə Türkiyə səy göstərib. Bu regionun bir tərəfdən Mərkəzi Asiyaya, digər tərəfdən Avropaya bağlanmasına çalışırıq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi