azia.az
azia.az

Binəli Yıldırım Qarabağ qazilərinin müalicəsinə pul ayırdı - MƏBLƏĞ

5-11-2021, 00:18


Binəli Yıldırım Qarabağ qazilərinin müalicəsinə pul ayırdı - MƏBLƏĞ
Binəli Yıldırım Qarabağ qazilərinin müalicəsinə pul ayırdı - MƏBLƏĞ

AZİA.AZ "Report"a istinadən xəbər verir ki, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım "Yaşat" Fonduna 1000 manat ianə edib.

B.Yıldırım bu gün nümayəndə heyəti ilə "Zəfər Yarmarkası"nı ziyarət edib. Ziyarət çərçivəsində sabiq nazir yarmarkada nümayiş etdirilən hərbi texnika və satış mərkəzləri ilə tanış olub. Ona "Zəfər Yarmarkası"nın əhəmiyyəti və məqsədi barədə ətraflı məlumat verilib. Qeyd edək ki, oktyabrın 29-da başlayan yarmarka noyabrın 9-dək davam edəcək. Yarmarkadan əldə edilən gəlir "Yaşat" Fonduna ianə olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi