azia.az
azia.az

Binəli Yıldırım: “Hələbdən 40 min mülki şəxs təxliyə olunub”

22-12-2016, 11:44

Binəli Yıldırım: “Hələbdən 40 min mülki şəxs təxliyə olunub”
Suriyanın Hələb şəhərindən 40 min mülki şəxs təxliyə olunub

Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət təşkilatları rəhbərlərinin 114-cü iclasında deyib.

Baş nazir bildirib ki, bu günə qədər təqribən 40 min mülki vətəndaş təhlükəsiz bölgələrə təxliyə edilib:

"Bu, asan başa gəlmədi. Bölgədə müharibənin bitməsini istəməyən qüvvələr hər fürsətdə sülhə mane olmağa çalışırlar".

B.Yıldırım əlavə edib ki, Türkiyə təxliyə işlərinin aparılması üçün səylərini davam etdirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi