azia.az
azia.az

TƏCİLİ! Rusiya dəhşətli xəbəri rəsmən açıqladı: Sağ qalan yoxdur

6-07-2021, 19:25

Rusiyanın Kamçatka bölgəsində qəzaya uğrayan təyyarədəki bütün sərnişinlər ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib.

O qeyd edib ki, təyyarənin göyərtəsindəki 22 nəfər sərnişindən və 6 ekipaj üzvündən sağ qalanı yoxdur.

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi də təyyarənin qalıqlarının tapıldığını təsdiqləyib.

14:04
Rusiyanın Kamçatka bölgəsində radarlardan itən “An-26” markalı sərnişin təyyarəsinin qalıqları tapılıb.

“Report” xəbər verir ki, bunu TASS-a “Kamçatsk avia müəssisəsi” şirkətinin baş direktoru Aleksey Xrabrov bildirib.

“Bəli təyyarənin qırıqları tapılıb. Ancaq hansı şəraitdə tapıldığını deyə bilmərəm. İnformasiya ancaq sabah ola bilər. Hadisə yerinə sabah təyyarə uçacaq, helikopter işləyəcək”, - o deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi