azia.az
azia.az

İki il əvvəl itkin düşmüş təyyarənin indiyədək beş parçası tapılıb

9-06-2016, 06:39

İki il əvvəl itkin düşmüş təyyarənin indiyədək beş parçası tapılıb “Malayziya Hava Yolları”na məxsus iki il əvvəl itkin düşmüş təyyarənin indiyədək beş parçası tapılıb.

Gün.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, bu barədə Malayziyanın nəqliyyat naziri Liou Tionq Lay məlumat verib.

Nazir deyib ki, Hind okeanında Fransanın Reyunyon adası yaxınlığında tapılan flaperonun itkin təyyarəyə məxsus olduğu təsdiq edilib.

Aparılan ekspertizalar nəticəsində Mozambik və CAR sahillərində aşkar edilən dörd parçanın da “Boeing 777”-yə məxsus olduğu təsdiqini tapıb.

Həmin rayonda belə böyük təyyarə qəzası qeydə alınmayıb və bu, əminliklə deməyə imkan verir ki, tapılan parçalar Malayziya təyyarəsinə məxsusdur.

Nazir qeyd edib ki, hazırda Avstraliyada təyyarə parçalarına oxşayan daha beş hissə öyrənilir.

Əgər onların “Boeing 777”-yə məxsus olduğu təsdiq edilsə, təhqiqatın davam etdirilməsi üçün Malayziyaya göndəriləcək.

Malayziyaya məxsus “Boeing 777” təyyarəsi 2014-cü il martın 8-ə keçən gecə Kuala Lumpurdan Pekinə yola düşüb.

Lakin iki saatdan sonra radarların ekranlarından itib. Hadisədən bir ay sonra Malayziyanın Baş naziri Nacib Razak təyyarənin uçuşunu Hind okeanında başa çatdırması barədə bəyanatla çıxış edib.

Ötən ilin əvvəllərində Malayziya hökuməti təsdiq edib ki, təyyarə qəzaya uğrayıb və onun göyərtəsində olanların hamısı həlak olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi