Prezidenti istefa verdi
Paraqvay prezidenti Santyaqo Penya Ueno Bankın iflasından sonra istefa verdiyini açıqlayıb.
Xəbər verilir ki, bankın təxminən 3 milyon müştərisinin hesabları dondurulub.
Paraqvay Konstitusiyasına əsasən, prezident istefa verdikdə onun səlahiyyətlərini vitse-prezident icra etməlidir.
Prezidentin istefası parlamentdə Ueno Bankla bağlı mümkün maraqlar toqquşmasına görə onun impiçmenti məsələsinin müzakirə edildiyi vaxta təsadüf edib.
Qeyd edək ki, Paraqvay Mərkəzi Bankı əvvəlcədən xəbərdarlıq etmədən Ueno Banka xarici idarəetmə tətbiq edib və nəticədə bütün hesablar dondurulub. Paraqvayın əhalisinin təxminən 7 milyon nəfər olduğu bildirilir./modern