azia.az
azia.az

Moskvada yanan təyyarəni ildırım vurub: 78 nəfərdən yalnız 37-si sağ qalıb

6-05-2019, 08:47


Moskvanın “Şeremetyevo” aeroportunda təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 78 nəfərdən yalnız 37-si sağ qalıb.
Moskvada yanan təyyarəni ildırım vurub: 78 nəfərdən yalnız 37-si sağ qalıb
Rusiya Daxili İşlər Nazirliyinin İstintaq Komitəsindən bildirilib ki, təyyarədə olan 29 nəfərin taleyi barədə hələlik məlumat yoxdur. Təyyarə tamamilə yanıb. Verilən məlumata əsasən sərnişinlər 53 saniyə ərzində təxliyə ediliblər.

**22:00(05.05.2019)

Yanğına görə Moskvanın "Şeremetyevo" hava limanına təcili eniş edən Sukhoi Superjet 100 (SSJ-100) sərnişin təyyarəsindən 13 nəfərin meyiti çıxarılıb.

TASS-ın məlumatına görə, ekipaj üzvləri qəzaya ildırım vurmasının səbəb olduğunu bildiriblər. İldırım vurduqdan sonra təyyarənin bütün avtomatik qurğuları sıradan çıxıb. Hava limanına eniş etmək istəyən təyyarə iki dəfə uçuş zolağına çırpılıb.

Ölü və yaralı sayının artacağı istisna edilmir.

Faktla bağlı istintaq başlayıb.

* * *21:15

"Moskva" agentliyi Fövqəladə Xidmət əməkdaşına istinadla 10 nəfərin öldüyü barədə xəbər yayıb.

RİA isə hələlik bir nəfərin öldüyünü təsdiqləyib.

"Şeremetyevo" aeroportu müvəqqəti olaraq bağlanıb.

* * *20:45

Moskvanın "Şeremetyevo" hava limanında "Moskva – Murmansk" reysi ilə uçan sərnişin təyyarəsi eniş zamanı yanmağa başlayıb.

Bu barədə "360" nəşri "Telegram-kanal"ında məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisəyə göyərtədəki yanğın səbəb olub.

Təyyarədə olan 78 sərnişin təxliyə edilib. Onlardan 1 nəfər ölüb, 5-i xəsarət alıb. Əraziyə 10 "təcili yardım" maşını cəlb edilib.
[media=https://twitter.com/i/status/1125066711588331523]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi