azia.az
azia.az

Təhdidlər işə yaradı, ABŞ razılıq verdi: F-35-lər...

16-12-2021, 10:45

Təhdidlər işə yaradı, ABŞ razılıq verdi: F-35-lər...
ABŞ Birləşmiş Ərəb Əmirliklərinə F-35 döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının satışında irəliləyiş əldə etməyə hazırdır.

Azia.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Malayziyanın xarici işlər naziri Seyfəddin Abdulla ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) F-35-lərin və pilotsuz uçuş aparatlarının (PUA) satışı ilə bağlı razılaşma barədə danışan Blinken BƏƏ ilə razılaşmanı saxlamaq davam etdirmək istədiyi müddətcə bu iki məsələdə irəliləyiş əldə etməyə hazır olduqlarını ifadə edib.

"Məsələn, biz İsrailin keyfiyyətcə hərbi üstünlüyü ilə bağlı öhdəliyimizə əməl olunduğuna əmin olmaq istəyirdik. Bu səbəbdən BƏƏ də daxil olmaqla, bölgədəki digər tərəfdaşlara satılan və ya ötürülən bütün texnologiyaları tam nəzərdən keçirə biləcəyimizə əmin olmaq istədik”.

Qeyd edək ki, BƏƏ bundan əvvəl Bayden administrasiyasını keçən il imzalanan 23 milyard dollarlıq F-35 və “Reaper” dron müqaviləsindən geri çəkilməklə hədələmişdi. BƏƏ-nin geri çəkilməklə bağlı dediklərinin ABŞ tərəfinin ciddi təhlükəsizlik tələbləri ilə bağlı olduğu bildirilirdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi