azia.az
azia.az

İsrail ərəb dövlətləri ilə hərbi alyans yaradır

2-03-2021, 19:02


İsrail ərəb dövlətləri ilə hərbi alyans yaradır
İsrail ərəb dövlətlərilə müdafiə alyansı yaratmaq üçün Qərb ölkələri ilə danışıqlar aparır.

Məlumatı “newsru” yayıb.

Bildirilib ki, İsraillə ərəb ölkələri arasında təmasların artması da bununla bağlıdır.

Məlumata görə, İsrailin baş naziri Binyamin Netanyahu ilə Bəhreyn kralı, İsrailin xarici işlər naziri Qabi Aşkenazi ilə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı, yəhudi dövlətinin müdafiə naziri ilə isə İordaniya kralı II Abdullah arasında telefon danışığı olub.

Alyansın əsas hədəfi İran təhlükəsinə qarşı birgə müqavimət göstərməkdir. İsrail Səudiyyə Ərəbistanının da birliyə cəlb edilməsini vacib sayır. Bildirilib ki, diqqəti cəlb etməmək üçün danışıqların böyük, əhəmiyyətli hissəsi məxfi aparılır.(“Report”)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi