azia.az
azia.az

Bayden Azərbaycana hərbi yardıma icazə verdi, erməni lobbisi bərk zərbə aldı

4-05-2021, 19:40

ABŞ dövlət katibi Entoni Blinken Konqresi Birləşmiş Ştatların Azərbaycana hərbi yardım göstərəcəyi barədə məlumatlandırıb. Virtualaz.org “The Hill” nəşrinə istinadən xəbər verir ki, bundan əvvəl prezident Cozef Bayden Azərbaycana qarşı 907-ci düzəlişin qüvvəsinin daha bir il dayandırıldığı barədə qərarını Konqresə göndərib. Bu düzəlişin qüvvəsinin dayandırılması ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımının yolunu açır.
Bayden Azərbaycana hərbi yardıma icazə verdi, erməni lobbisi bərk zərbə aldı


“Azadlığa dəstək aktı”ına 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresində erməni lobbisinin təzyiqləri altında qəbul edilmişdi. ABŞ-a qarşı 2001-ci il 11 sentyabr terror hücumlarından sonra Azərbaycan Birləşmiş Ştatlara terrora qarşı mübarizədə dəstək verib. Vaşinqton isə 907-ci düzəlişin qüvvəsini hər il prezidentin xüsusi qərarı ilə dayandırır. Bu il isə erməni lobbisi düzəlişin qüvvədə saxlanılmasına ümid edirdi, bundan ötrü Azərbaycanın apardığı 44 günlük müharibə ilə öz torpaqlarını azad etməsindən və erməni lobbisinə yaxınlığı ilə bilinən Baydenin hakimiyyətdə olmasından istifadə etməyə çalışırdı. Lakin Bayden bu məsələdə erməni lobbisinin deyil, ölkəsinin maraqlarını üstün tutub. Bir neçə gün əvvəl dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı zamanı 907-ci düzəlişin qüvvəsinin dayandırılması barədə onu məlumatlandırıb.



İndi dövlət katibi Konqresi məlumatlandırıb ki, Azərbaycana hərbi yardım Qarabağa dair “dinc nizamlama səylərinə” zərbə vurmayacaq və Ermənistana qarşı hücum üçün istifadə edilməyəcək. Amerika diplomatiyasının rəhbəri bu hərbi dəstəyin beynəlxalq terrorçuluqla mübarizə səylərinin dəstəklənməsi və Azərbaycanın sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün zəruridir.

“The Hill” yazır ki, qərar ABŞ-dakı erməni icmasını qəzəbləndirib və Baydenin 1915-ci il hadisələri haqda “soyqırım” ifadəsini işlətməsinin ardınca Azərbaycana hərbi dəstək qərarı verməsini “satqınlıq” adlandırır. Amerika Erməni Milli Komitəsinin rəhbəri Aram Hamparyan bildirib ki, Baydenin bu qərarı onun erməni tematikası üzrə dəqiq mövqeyinə ziddir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi