Saakaşvili səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcək
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili səhhətindəki problemə görə Tbilisi şəhər məhkəməsinin onun işi ilə bağlı iclasında iştirak edə bilməyəcək.![]()
"Azia.az" xəbər verir ki, bu barədə M.Saakaşvili feysbuk səhifəsində bildirib.
"Səhhətimlə əlaqədar sabahkı (bugünkü-red) prosesdə iştirak etməyəcəm. Məni məhkəməyə getməyə vadar edən yeganə məsələ o insanların bir neçə aydır təzyiqlərə məruz qalması idi. Bu insanlar dərhal azadlığa buraxılmalıdırlar”, - Saakaşvili qeyd edib.
Tbilisi Şəhər Məhkəməsi dekabrın 9-da keçmiş prezidentin sərhədi qanunsuz keçməsi ilə bağlı məsələni ikinci dəfə baxışa çıxaracaq.
Qeyd edək ki, Saakaşvili məhkəmənin noyabrın 16-da keçirilən ilk iclasında da iştirak etməyib.Report