azia.az
azia.az

Saakaşvili sağlamdır və məhkəməyə hazırlaşır

28-11-2021, 09:08

Saakaşvili sağlamdır və məhkəməyə hazırlaşır
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhəti yaxşıdır, o, məhkəməyə hazırlaşır. Bu barədə Gürcüstan mətbuatına keçmiş prezidentin həkimi Nino Qoqorişvili deyib.

“Pasiyentin vəziyyəti hazırda qənaətbəxşdir. Sadəcə bir qədər zəiflik var. Laboratoriya testləri norma daxilindədir. Saakaşvili endokrinoloqun tərtib etdiyi menyuya əsasən qidalanır. O, gücünü bərpa edir və fiziki cəhətdən aktivdir”, - Qoqorişvili bildirib.

Saakaşvilinin noyabrın 29-da keçiriləcək məhkəmə prosesində şəxsən iştirak etməyə hazır olub-olmaması ilə bağlı suala isə həkim belə cavab verib: “Düşünürəm ki, hazırdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi