azia.az
azia.az

Saakaşvili öz partiyasının Rada seçkilərində iştirak etməyəcəyini açıqlayıb

20-07-2019, 07:07

Saakaşvili öz partiyasının Rada seçkilərində iştirak etməyəcəyini açıqlayıb
Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili özünün “Yeni qüvvələr hərəkatı” partiyasının 21 iyulda Rada seçkilərində iştirak etməyəcəyini bildirib. APA xəbər verir ki, o bu barədə şəxsi “Facebook” səhifəsində yazıb.Saakaşvili, həmçinin tərəfdarlarını seçkilərdə Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın qulu” partiyasına səs verməyə çağırıb. Onun sözlərinə görə, dövlət başçısının partiyasının müstəqil hökumət qurmaq imkanı üçün lazımi səs faizini toplaya bilməməsini özünə bağışlamaz.“Zelenskiyə şans vermək lazımdır ki, köhnə siyasətçilərə uduzmadan hökumətini qura bilsin”, - Saakaşvili belə deyib.
Eks-qubernator, onu da qeyd edib ki, onun qərarı çoxlu müzakirələrə səbəb olsa da, bu addımı doğru hesab edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi