Saakaşvili Gürcüstana gedəcəyi tarixi açıqladı
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yerli idarəetmə orqanlarına oktyabrın 2-də keçiriləcək seçkilərə yaxın vətəninə qayıdacaq.
Xəbər verilir ki, bu barədə o feysbuk səhifəsində yazıb. O, tərəfdarlarını həmin gün bütün işlərini təxirə salmağa və ölkəyə seçkilərə gəlməyə çağırıb. Saakaşvili qeyd edib ki, gürcü xalqının həm onu, həm özünü azad edəcəyinə inandığı üçün ona qarşı açılmış cinayət işi çərçivəsində həbs olunmaqdan qorxmur.
"Mən taleyimi gürcü xalqına həvalə etməkdən qorxmuram”, - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Saakaşvili ölkəyə gələrsə, onu həbs gözlədiyini bildirib.