azia.az
azia.az

Bu virus insanlara ağcaqanad dişləməsi, qan və cinsi əlaqə yolu ilə keçir

10-11-2021, 10:03

Bu virus insanlara ağcaqanad dişləməsi, qan və cinsi əlaqə yolu ilə keçir
Hindistanın Uttar Pradeş ştatında 89 nəfərdə yeni, "Zika" virusu aşkarlanıb.

Azia.az xəbər verir ki, 17-si uşaq olmaqla 89 nəfərin "Zika" testi müsbət çıxıb. Epidemiyanın yayılmasının qarşısını almaq üçün bölgədə qruplar təyin edilib.

Ərazidəki səhiyyə rəsmiləri Kanpur şəhərində ilk yoluxmanın oktyabrın 23-də aşkarlandığını və o zamandan artdığı bildirilir.

"Zika" virusu insanlara ağcaqanad dişləməsi, qan və cinsi əlaqə yolu ilə keçir.

Virusa yoluxan şəxslərdə ilk olaraq qızdırma, gözlərdə qızartı, qusma, səpgi, baş ağrısı, əzələ və oynaq ağrıları kimi simptomları olur. Xəstəliyin xüsusi müalicəsi və ya profilaktik peyvəndi yoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi