azia.az
azia.az

"Zika" virusuna qarşı vaksin hazırlanıb

18-10-2019, 12:12

 "Zika" virusuna qarşı vaksin hazırlanıb Hindistanın "Bharat Biotech International Limited" şirkəti "Zika" virusuna qarşı iki növ vaksin hazırlayıb.
Patentləşdirilmiş vaksinin ilk olaraq heyvanlar üzərində sınaqdan keçiriləcəyi bildirilir.
Şirkət vaksin üzərində işlərin davam etdirilməsi üçün hökumətdən yardım istəyib. Qeyd olunur ki, "Bharat Biotech" dörd ay ərzində 1 milyon doza miqdarında peyvənd preparatları hazırlaya bilər.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Amerika qitəsində yayılmış "Zika" virusunu qlobal təhlükə elan edib. Hazırda dünyanın 20-dən çox ölkəsində bu virusun qeydə alındığı bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi