azia.az
azia.az

ABŞ kəşfiyyatı koronavirusun mənbəyi ilə bağlı hesabatını yayıb

30-10-2021, 09:20


ABŞ kəşfiyyatı koronavirusun mənbəyi ilə bağlı hesabatını yayıb
ABŞ kəşfiyyatı koronavirusun mənbəyi ilə bağlı hesabatını yayıb
ABŞ-ın 18 kəşfiyyət idarəsi koronavirusun mənşəyilə bağlı birgə hesabat yayıb.

Azia.az Oxu.az-a istinadən xəbər verir ki,hesabatda bildirilir ki, kəşfiyyat qurumlarının əksəriyyəti koronavirusun bioloji silah kimi yaradılmadığı qənaətindədir.

Yalnız bir idarə ölümcül virusun öncədən silah qismində yaradıldığını və qəza nəticəsində Uxan laboratoriyasından yayıldığını ehtimal edir. Lakin bunu qəti şəkildə demək üçün dəlillərin kifayət qədər olmadığı vurğulanır.

Qeyd edək ki, hesabatın hazırlanmasında Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqatlar Bürosunun (FBI) əkskəşfiyyat idarəsi, Milli Təhlükəsizlik Agentliyi (NSA), Pentaqon, Dövlət Departamenti, eləcə də digər nazirliklərin müvafiq strukturları iştirak edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi