azia.az
azia.az

COVID-19 bioloji silah kimi hazırlanıb? - ABŞ kəşfiyyatının araşdırması yekunlaşdı

28-08-2021, 10:28

COVID-19 bioloji silah kimi hazırlanıb? - ABŞ kəşfiyyatının araşdırması yekunlaşdı
ABŞ Kəşfiyyat Birliyi koronavirusun mənşəyi ilə bağlı 90 gün davam edən araşdırmanı başa çatdırıb və ölkə prezidenti Co Baydenə məruzəsindən bəzi hissələri dərc edib. Bu barədə "Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir. "ABŞ Kəşfiyyat Birliyi bir sıra əsas məsələlər üzrə geniş razılığa gələ bildi. Biz hesab edirik ki, virus (COVID-19) bioloji silah kimi hazırlanmayıb. Əksər qurumlar az əminliklə SARS-CoV-2-nin genetik mühəndisliyin köməyi hazırlanmadığına inanırlar", - ABŞ Milli Kəşfiyyatının direktorunun ofisinin saytında dərc edilmiş məruzədə deyilir. Daha əvvəl "Washington Post" qəzeti ABŞ kəşfiyyatının Prezident Co Baydenə COVID-19-un mənşəyi haqqında məruzə təqdim etdiyini, lakin məruzədə aydın nəticələrin olmadığını bildirmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi