Dünyayı ayağa qaldıran xəbər: Virusun mənbəyi nəhayət tapıldı
“Çində 3 mütəxəssis 2019-cu ilin noybar ayında koronavirus simptomlarına oxşar şikayətlər səbəbilə müalicə alıb”.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının hazırladığı hesabatda yazılıb. “Wall Street Journal” nəşrinin əldə etdiyi hesabata görə, həmin mütəxəssislər Çinin Vuhan Virologiya İnstitutu əməkdaşları olub. Onlar koronavirusa oxşar simptomlar səbəbilə xəstəxanada müalicə alıblar. Hesabatda müalicə prosesi barədə ətraflı məlumat verilib.
Bəzi dairələr hesabata şübhəli yanaşsa da, bəziləri bunun ən güclü kəşfiyyat məlumatı olduğunu hesab edirlər. Bu hesabat bir daha koronavirusun laboratoriyada hazırladığı iddialarının ortaya atılmasına səbəb olub.