azia.az
azia.az

Baş nazirdən Saakaşviliyə qarşı ŞOK İDDİA

4-10-2021, 08:54


Gürcüstanın baş naziri İrakli Qaribaşvili bəyan edib ki, Saakaşvili və onun komandasının ölkədə müxalifətçiləri öldürmək planları olub.
Baş nazirdən Saakaşviliyə qarşı  ŞOK İDDİA

Azia.az xəbər verir ki, İrakliy Qaribaşvili belə bir iddia ilə İmedi telekanalına müsahibəsində deyib.

Baş nazirin sözlərinə görə, Saakaşvili və komandası müxalifətçiləri qətlə yetirməklə ölkədə ictimai sabitliyi pozub, bu məsələdə hakimiyyəti ittiham etmək istəyib.

O əlavə edib ki, Saakaşvili oktyabrın 3-dən tez Tbilisidə peyda olmaqla genişmiqyaslı aksiyalar keçirmək, polisi təxribata cəlb etməklə öldürülən müxalifətçiləri hakimiyyətin ayağına yazmaq niyyəti güdüb. O deyib ki, bu barədə xüsusi xidmət orqanları məlumat verib.//olke.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi