azia.az
azia.az

Saakaşvili arvadını öldürtmək istəyib - Şok ittiham

22-05-2019, 09:00

Gürcüstanın Nəzarətçilər Palatasının keçmiş sədri Sulxan Molaşvili eks-prezident Mixail Saakaşvili ilə bağlı gözlənilməz ittiham səsləndirib.
Saakaşvili arvadını öldürtmək istəyib - Şok ittiham
“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, Molaşvili, keçmiş rəhbərin həyat yoldaşını öldürtmək istədiyini deyib:

“Saakaşvilinin ailəsinə hücum planı seçkiqabağı kampaniya zamanı qurulmuşdu. Bu planı Saakaşviliyə deyəndə gülümsəyərək qəbul etdi. Ona demişdilər ki, hücum zamanı həyat yoldaşı Sandra Rulofs ziyan görə bilər. Hətta Sandranın maşının sol tərəfində oturması ilə bağlı razılığa gəlindi”.

Molaşvili sözlərinə əlavə edib ki, seçkiqabağı kampaniyaya Amerika səfirliyi müdaxilə edib və Saakaşvilinin komandasına hücum planından imtina etmək barədə tapşırıq verib.

Molaşvili dediklərinə hər hansı sübut göstərə bilməyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi